Hacinuran


KÖMƏYƏ EHTİYACI OLANLAR / Azərbaycanda 8 yaşlı uşaq Prezidentə məktub yazıb

Azərbaycanda 8 yaşlı uşaq Prezidentə məktub yazıb

08.11.2006 ci il təvəllüdlü Kərimov Şəhriyar Natiq Oğlu Prezident İlham Əliyevə məktub yazdı. Bu barədə məlumatı Azadsoz.info-ya Şəhriyarın anası Şəhla Əliyeva verib. Xatırladaq ki, Şəhriyar Əliyev 2011-ci ildə səhv həkim müalicəsi nəticəsində ağır vəziyyətə düşüb və hazırda olduqca ağlr durumdadır. Onun müalicəsi yalnız Danimarkada mümkündür. 

Müraciətdə deyilir: 
Mənim 8 yaşım var. İlham əmi əvvəllər rəqqas olmaq istəyirdim, buna görədə rəqs dərslərinə gedirdim. Bilirəm ki, Siz rəqqaslıqla bağlı işlərə baxmırsız. Rəqqas olmaq mənim arzum idi.Problemim üzləşdiyim xəstəliklə bağlıdır. Mən əvvəllər sağlam idim.Bir gün İlham əmi xəsdələndim. Həmin vaxtdan rəqsə gedə bilmirəm. Xəsdəliyim soyuqlama idi. Bizim evlərə baxan həkim Feriyal xala məni yoxladı və mənə dərmənlar yazdı. Onun yazdığı dərmanı aldılar və mənə içməyə və iynə vurmağa başladılar. Amma hər iynəni vurandan sonra vəziyyətim daha da pisləşirdi, gözüm qaralırdı, titrəmə keçirdirdim. Anam bundan narahat olub hər dəfə Feriyal xalaya zəng elədikcə o deyirdi ki, narahat olmayaq. Amma bir necə gün sonra halımın daha da ağırlaşdığını görüb məni xəstəxanalara apardılar. Daha sonra isə yoxlama üçün başqa ölkəyə getdik. Ancaq bunun faydası çox az oldu. Həmin vaxtdan ailəm evimizi hər bir şeyimizi satdı ki, İlham əmi mən sağalam. Amma sağalmağım üçün pulumuz çatmadı. Xəstəliyimində adı NEMMAN-PİK xəstəliyidir. Dalağım böyrəyim qara ciyərim çox agır veziyyətdədir. Xaiş edirəm mənə Ailəmə kömək edəsiniz. 16 kv metirlik evdə kirayə qalırıq. Havam çatmır... İlham əmi məndə müalicə olub sağalmaq istəyirəm ve uşaqlarla futbol oynamaq isteyirəm. Mənə vəziyyətim imkan vermir ki, mən harasa gedim, gəzim, oynayım. Böyüklərimin əlaqə nömrələrini qeyd edirəm, Allah Kərimdir ki, İlham əmi eşidərsiz səsimi.