Hacinuran


KÖMƏYƏ EHTİYACI OLANLAR / Vüqar Feyzullaya köməyini əsirgəmə

Vüqar Feyzullaya köməyini əsirgəmə




Vüqar Feyzulla, hal-hazırda xəstəxanadadır vəziyyəti ağırdır. Sizin kimi böyük ürəkli insanların dəstəyi sayəsində 10 gündür Vuqarın xəstəxana xərcləri ödənilir və o həyatda tutulur. Hətta bu gün, Vüqarın müalicə olunduğu Neftçilər xəstəxanasının tibb bacıları belə öz aralarında bacardıqları qeder pul toplayıb dəstək oldular. İndi Vüqar ən çətin vəziyyətdədir. Başqa ölkədə müalicəsinin mümkünlüyü dəqiqləşdi (bu barədə daha geniş məlumat növbəti postda veriləcək). Əgər bunu bacarsaq, sizin dəstəyiniz sayəsində o yaşayacaq. Bir həyat xilas etmiş olacaqsınız. Nə olar "5 manat kömək etməyim ayıbdır", "2 manat kömək etsəm ona nə xeyrim dəyəcək ki" kimi fikirləşməyin. Necə böyük köməkdir bilmirsiniz.. Nə olar, əgər tənbəlliyiniz varsa bir insanı yaşatmaq üçün tənbəlliyinizi bir müddətlik qırağa qoyun. Kömək edin. Çox az, sizi kasıblatmayacaq dərəcədə bacardığınızı kömək edin. Bu insanı mübarizə meydanında silahsız qoymamaq öz əlimizdədir. Həmçinin, hamınız paylaşın ki digərləri də dəstək olsunlar. Internet (WWW.VUGARFEYZULLA.COM saytı vasitəsilə) və yaxud da göstərilən nömrələrlə əlaqə saxlayaraq əlinizdən gələn köməyi edin. Özünüzü o insanın yerinə qoyun, görün necə ehtiyacınız olardı başqalarına. O insan siz özünüz, qardaşınız, bacınız, ananız və ya atanız ola bilərdi. Təsəvvür etməyə çalışın və kömək edin.





 

Nömrələr: 055 509 1991 (Məhəmməd)
050 289 0964 (Qiyas)
055 240 5567 (Zaur)
050 289 0965 (Mirfariz)